İranda bir neçə dövlət məmuru həbs edildi

İranda bir neçə dövlət məmuru həbs edilib.

Musavat.com “Mehr News”a istinadən xəbər verir ki, dünən Buşehr əyalətinin Ədliyyə Baş İdarəsinin rəisi Mehdi Mehrəngiz Bəndər Gənavə şəhərinin başçısı və şəhər Bələdiyyəsinin üç işçisinin saxlanıldığını açıqlayıb.

Məlumata görə, şəhər başçısı və üç bələdiyyə işçisi #üşvət almaqda günahlandırılıb.

Bildirilib ki, Buşehr əyalətindən kənarda bu #cinayət_işi ilə bağlı olan daha bir nəfər barəsində də həbs qərarı çıxarılıb.

Musavat.com

12.08.2024 12:40
685