İranın Qəzvin əyalətinin Xurrəmdəşt bölgəsində ingilis dili müəllimi işləyən İsmayıl Xudayari işindən qovulub.
“Azad İran” “Telegram” kanalı xəbər verir ki, inzibati xətaların araşdırılması üzrə birinci kollegiyanın qərarı ilə azərbaycanlı müəllim barəsində "hökumətə qarşı təbliğat aparmaq" ittihamı irəli sürülüb və onun fəaliyyətinə qadağa qoyulub.
Qeyd edək ki, İ. Xudayari 2022-ci il oktyabr 16-da həbs edilib və bir müddət sonra girov qarşılığında məhkəməyə qədər müvəqqəti olaraq azad edilib. O, bundan öncə ictimai fəaliyyətlərinə görə müdiri olduğu başqa bir məktəbdən də qovulmuşdu.