Ötən gecə Buşehr əyalətinin Əsəluye şəhərində “Peugeot 405” markalı avtomobil yoldan çıxaraq aşıb.
Musavat.com xəbər verir ki, məlumatı "Azad İran" teleqram kanalı yayıb.
Məlumata görə, Buşehr əyalətinin Qızıl Aypara Cəmiyyətinin sədri Qulamrza Əhmədi bildirib ki, avtomobilin aşması nəticəsində 9 nəfər ölüb, üç nəfər isə yaralanıb.
Onun sözlərinə görə, avtomobildə sıxışmış yaralı sərnişinlər çıxarıldıqdan dərhal sonra xəstəxanaya aparılıblar.