İranda ammonyak çəni partladı: Xəsarət alanlar var - FOTO

İranın Bəndər Abbas şəhərində ammonyak çənində partlayış baş verib, altı nəfər yaralanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Bildirilib ki, Hormozqan Tibb Elmləri Universitetinin təcili yardım şöbəsinin müdiri deyib:

“Bəndər Abbasda yerləşən “Baba Qulam” Sənaye Birliyinin buz fabrikində ammonyak qazı çənində baş verən partlayış nəticəsində altı nəfər yaralanıb”.

27.02.2023 22:29
403