İranda 5 bal gücündə zəlzələ olub

İranda 5 bal gücündə zəlzələ olub.

Musavat.com APA-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Hörmüzqan əyalətinin Bəndər Kəng bölgəsində, yerin 16 kilometr dərinliyində qeydə alınıb.

Hələlik dağıntı və tələfat barədə məlumat yoxdur.

17.11.2022 22:25
446