Bu gün Britaniya hökuməti İrana qarşı strateji əhəmiyyət kəsb edən mal və texnologiyalara qarşı yeni sanksiyalar tətbiq edib.
Musavat.com xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
Britaniyanın yeni sanksiyalarına əsasən, bəzi avadanlıqların İrana ixracı, tədarükü və çatdırılması, eyni zamanda İranda istifadə edilməsi qadağandır.
Məlumata görə, avadanlıqlar arasında daxili yanma mühərrikləri və turboreaktivlər, gecəgörmə və termal görüntü kameraları, elektron vasitələr, lazer sistemləri, məlumat ötürmə avadanlıqları və kompüter sistemləri var.
Qeyd olunub ki, sanksiyaların əsas məqsədi İranın avadanlıqlar vasitəsilə nüvə, raket və ya digər fəaliyyətlətlərdə istifadə oluna biləcək müəyyən texnologiyalara çıxışını məhdudlaşdırmaqdır.
Musavat.com