İrana gedən quru yük gəmisi Xəzərdə sahilə çırpılıb

Həştərxandan İranın Əmirabad limanına gedən “Rossiya-1” quru yük gəmisi sahilə çırpılıb.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Volqa-Xəzər kanalında baş verib.

Gəminin gövdəsindən su sızması, akvatoriyanın da çirklənməsi baş verməyib.

08.01.2023 03:47
945