Pentaqonun sözçüsü Patrik Rayder bəyan edib ki, ABŞ-nin İranın hərbi infrastrukturuna endirilən dron zərbələri ilə heç bir əlaqəsi yoxdur.
Musavat.com CNN-ə istinadən xəbər verir ki, Patrik Rayder bu barədə Vaşinqtonda jurnalistlərin qarşısında çıxış edərkən söyləyib.
“İrana edilən dron hücumunda ABŞ ordusu iştirak etməyib”, - Pentaqonun sözçüsü vurğulayıb.
Patrik Rayder İran barədə ona ünvanlanan digər sualları şərh etməkdən imtina edib.
Qeyd edək ki, yanvarın 28-də İranın hərbi obyektləri dron hücumlarına məruz qalıb. Hələlik baş verən insidentə görə heç bir ölkə məsuliyyəti öz üzərinə götürməyib.
Toğrul İSMAYIL,
Musavat.com