İrana deportasiyasına qərar verilən qadın İNTİHAR ETDİ

Uzun müddətdir Türkiyədə yaşayan iranlı qadın Sanaz Cəlilinin sığınacaq istəyi rədd edildikdən sonra həyatına son qoyub.

Musavat.com xəbər verir ki, 7 il əvvəl Türkiyəyə gələn iranlı qaçqın Sanaz Celili sığınacaq müraciəti rədd edildiyi üçün intihar edib.

Türkiyənin Miqrasiya İdarəsi tərəfindən İrana deportasiya edilməsinə qərar verilib. Antalyada yaşayan 34 yaşlı Sənaz mayın 1-i çərşənbə günü axşam saatlarında həyatına son qoyub.

Sanazın anası bildirib ki, qızı son vaxtlar qeyri-müəyyənlik və İrana ekstradisiya oluna bilməsi səbəbindən psixoloji təzyiq və zorakılıqla üzləşib.

Musavat.com 

04.05.2024 08:46
1763