“Region ölkələrinin ərazi bütövlüyünə hörmət edilməlidir və bu, İranın son mövqeyidir”.
Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani erməni mediasına açıqlamasında Tehranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyinin dəyişib-dəyişmədiyi sualına cavabında deyib.
“İranın yekun mövqeyi ondan ibarətdir ki, biz heç bir şəkildə ərazi dəyişikliklərinə razı ola bilmərik. İstənilən ərazi dəyişikliyi iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında baş verməlidir və bu, bizim yekun mövqeyimiz olacaqdır”, - səfir vurğulayıb.
Diplomatın sözlərinə görə, İran üçün Ermənistan ətrafında gərgin vəziyyətin müşahidə edilməsi qəbuledilməzdir:
“Biz bütün tərəfləri mümkün qədər tez isti və sülh münasibətləri qurmaqda dəstəkləyirik. Biz əminik və inanırıq ki, yeganə yol sülh münasibətləri və mehriban dialoqdur. Bizim regionda sülhü bərqərar etmək üçün bütün tərəflərlə əlaqələrimiz və dialoqumuz var”. (Publika.az)