İran XİN rəhbəri ermənicə kitab yazdı  

İrəvanda İranın xarici işlər naziri Abbas Araqçının erməni dilində kitabının təqdimatı keçiriləcək.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir. Məlumata görə, kitabın ön sözünü Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yazıb.

Pars Today xəbər verir ki, “Danışıqların gücü” kitabı İranın Ermənistandakı səfirliyinin dəstəyi ilə tərcümə edilib.

Musavat.com

23.03.2025 18:57
2489