Rəsmi Tehran beş gün susduqdan sonra nəhayət ki, Ermənistan-ABŞ-Avropa İttifaqı arasındakı Brüssel görüşünə reaksiya verib.
“Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir”.
Musavat.com bildirir ki, İran Xarici İşlər Nazirliyi Brüsseldə ABŞ-Aİ-Ermənistan görüşünü şərh edərkən bəyan edib.
Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənaninin sözlərinə görə, iqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi regionda sülhün və sabitliyin bərqərar olmasında mühüm rol oynayır. Tehran təmsilçisi əlavə edib ki, bunun üçün regional formatların, o cümlədən “3+3” formatlarının imkanlarından istifadə etmək lazımdır.
Musavat.com