İran XİN başçısı: “Qafqazdakı gərginlik sülhlə əvəzlənməlidir”

“Qafqazdakı gərginlik təhlükəsizik və sülhün bərpa olunması ilə əvəzlənməlidir”.

“Report” xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfovla Tehranda baş tutmuş görüşlə bağlı “X”də yazıb.

O bildirib ki, müzakirələr zamanı ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif aspektlərinin balanslaşdırılmasının zəruriliyi qeyd olunub: “Bakı və Tehran ikitərəfli münasibətlərin fəal inkişafı ilə bağlı razılığa gəliblər”.

Qeyd edək ki, X.Xələfov dünən Tehranda H.Ə.Abdullahianla görüşüb.

05.10.2023 20:13
415