İran və Rusiya arasında "tələbə insidenti"- Nota göndərildi

22 noyabrda Kazan Federal Universitetinin binasında viza müddətinin uzadılması ilə bağlı tələbələr arasında mübahisə baş verib. Polis mübahisəyə müdaxilə edərkən, iranlı tələbələrinin qarşısını alaraq onları döyüb. Nəticədə iki tələbə həbs edilib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, İranın Kazandakı Baş Konsulluğu, Rusiya Xarici İşlər Nazirliyinə polis tərəfindən iranlı tələbələrə edilən kobud rəftar və yerli polisin qeyri-peşəkar müdaxiləsi ilə bağlı protest notası göndərib.

İranın Rusiyadakı səfiri Kazem Cəlali tələbələrin artıq azad edildiyini bildirib. O, həmçinin, Rusiya rəsmilərinin baş verən hadisə ilə bağlı təəccübləndiklərini və hadisə yerində araşdırma aparılacağını qeyd ediblər.

23.11.2024 13:32
534