İran və Fransa prezidentləri görüşüb

İran Prezidenti İbrahim Rəisi bu gün Nyu-Yrokda Fransa Prezidenti Emmanuel Makron ilə görüşüb.

APA-nın Tehran bürosunun məlumatına görə, görüş Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub.

Görüşdə iki ölkənin əlaqələrinin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunub.

20.09.2022 18:11
814