Ermənistan və İran xüsusi təyinatlılarının təlimləri keçiriləcək.
Musavat.com erməni mediasına istinadən bildirir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlər simulyasiya edilmiş terrorçuların dövlət sərhədində yerləşən sərhəd-keçid məntəqələrinə hücumunun zərərsizləşdirilməsi üzrə hərəkətləri əhatə edir.
Məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölməsi Ermənistan ərazisində, İran silahlı qüvvələrinin bölməsi isə İran ərazisində təlimlər keçirəcək.
Musavat.com