İran Ukraynadan sübut tələb etdi

"Rusiyanın Ukrayna müharibəsində İran pilotsuz uçuş aparatlarından istifadə etdiyi məlum olarsa, biz buna biganə qalmayacağıq".

Musavat.com xəbər verir ki, bunu İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib.

"Ukrayna əlində olan hər hansı sübutu bizə təqdim etsin. Rusiyanın İran pilotsuz uçan aparatından istifadə etdiyi bizə aydın olarsa, biz buna biganə qalmayacağıq", - nazir qeyd edib.

25.10.2022 11:37
1391