İran Türkiyədən Ərbəinə görə 2 min avtobus kirayələyir

İran hökuməti Ərbəin mərasimləri ilə bağlı İraqa səfər edənlər üçün Türkiyədən 2000 avtobus kirayələyir.

Axar.az xəbər verir ki, bu barədə Xuzistan əyalətinin valisi Əli Əkbər Hüseyni açıqlama verib.

Bundan öncə Yollar və Şəhərsalma Nazirliyi də Türkiyədə 600 avtobusun kirayə edildiyini bildirib.

Qeyd edək ki, İranın əksər şəhərlərində, o cümlədən, paytaxt Tehranda ictimai nəqliyyat çatışmazlığı var.

20.08.2023 00:20
1649