İran Trampı Tehrana qarşı siyasəti dəyişməyə çağırıb

İran ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı dövlət başçısı kimi ilk müddətində Tehrana qarşı yürütdüyü düşmənçilik siyasətindən əl çəkməyə çağırır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu həftəlik brifinqdə İslam Respublikası hökumətinin nümayəndəsi Fatimə Mohacerani deyib.

“Donald Trampın İrana maksimum təzyiq siyasəti tamamilə uğursuz oldu. Biz Tramp hökumətini səhv siyasətlərinə yenidən baxmağa dəvət edirik. Hökumət müxtəlif iqtisadi cavab strategiyaları hazırlayır və islam inqilabının yüksək ideallarına uyğun olaraq milli maraqları tam təmin etməyə çalışır”.

Musavat.com

12.11.2024 17:20
407