İran tezliklə Rusiyaya ballistik raketlər verəcək

Avropa rəsmiləri İranın tezliklə Rusiyaya ballistik raketlər ötürəcəyini gözləyirlər.

Musavat.com xəbər verir ki, bu məlumatı Bloomberg-ə məsələ ilə tanış olan şəxslərə istinadən yayıb.

Agentlik qeyd edir ki, bu cür hərəkətlər ukraynalı tərəfdaşların sürətli reaksiyasına səbəb ola bilər. Anonimlik şərti ilə danışan insanların fikrincə, İran Ukraynanın genişmiqyaslı işğalı zamanı Rusiyaya yüzlərlə pilotsuz uçan aparatı təhvil verib, lakin ballistik raketlərin potensial ötürülməsi müharibədə narahatedici bir hadisə ola bilər: "Onlar tədarüklərin növü və həcmi və ya vaxt çərçivəsi ilə bağlı təxminlər verməkdən imtina etdilər, baxmayaraq ki, bir rəsmi tədarükün bir neçə gün ərzində başlaya biləcəyini söylədi. Ballistik raketlər adətən qanadlı raketlərdən və ya pilotsuz təyyarələrdən daha sürətli uçur və daha böyük faydalı yükləri daşıya bilir".

Agentliyin həmsöhbətlərinin fikrincə, bu cür raketlərin ötürülməsi çox güman ki, İran üçün sanksiyalar şəklində nəticələrə səbəb olacaq. Lakin sanksiyaların İrana real təsirinin olacağını gözləyənlər azdır. Bildirilir ki, bu dəfə İranın İran Air aviaşirkətinə qarşı sanksiyalar tətbiq olunacaq...

 

Musavat.com

03.09.2024 00:17
579