İran SİLKƏLƏNDİ - SON DƏQİQƏ

İranda 4,6 bal gücündə zəlzələ baş verib.

Musavat.com-un məlumatına görə, bu barədə “Azad İran” teleqram kanalı Tehran Universitetinin Geofizika İnstitutunun Milli Seysmoqrafiya Mərkəzinə istinadla xəbər verib.

Bildirilir ki, yeraltı təkanlar səhər saat 05:25-də Çark limanında qeydə alınıb. Zəlzələnin dərinliyi 17 km olub.

Təbii fəlakət nəticəsində ciddi dağıntılar və zərərçəkən yoxdur.

02.09.2023 14:52
1359