İran Sepah zabitinin ruslara təlim keçməsini təkzib etdi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Rusiyada Sepah zabitinin ruslara təlim keçməsini təkzib edir.

Musavat.com bu barədə Təbriz Turan TV telegram kanalına istinadən xəbər verir.

"Rusiya qüvvələrinə təlim keçmək üçün Ukraynada İran əsgərinin olması iddiası əsassızdır və təkzib edilir. Bu cür əsassız iddialar konkret siyasi məqsəd və motivlərlə irəli sürülür. Bu cür ittihamlar İran İslam Respublikasının Ukrayna münaqişəsi ilə bağlı prinsipial yanaşmasına ziddir", - o deyib.

 

Musavat.com

31.08.2024 02:41
339