Aprelin 10-11-də Ermənistan və İran silahlı qüvvələrinin xüsusi bölmələri iki ölkənin sərhəd bölgəsində “Sülh təlimləri” adlı birgə hərbi təlimlər keçirəcək.
Musavat.com bildirir ki, bu barədə İranın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, təlimlərin məqsədi sərhəd təhlükəsizliyinin gücləndirilməsi, hər iki ölkənin silahlı qüvvələrinin potensial təhdidlərə qarşı hazırlığı, sabit sülhün qorunması, müdafiə və hərbi əməkdaşlığı gücləndirməkdir. “Təlimlər eyni vaxtda sərhədin hər iki tərəfində vahid komandanlıq altında keçiriləcək. İki günlük birgə hərbi təlimlər Ermənistan və İranın iki ölkə arasında strateji əlaqələrin möhkəmləndirilməsinə, regionda sülh və təhlükəsizliyin təmin edilməsinə sadiqliyini nümayiş etdirir”, - səfirlik qeyd edib.
Qeyd edək ki, bundan əvvəl təlimlərin 9-10 aprel tarixdə keçiriləcəyi bildirilirdi.
Musavat.com