İranın Beyrutdakı səfirliyi “The New York Times” (NYT) qəzetinin Livanda rabitə vasitələrinin partlaması nəticəsində İslam Respublikasının səfiri Müctəba Əmaninin görmə qabiliyyətini itirməsi ilə bağlı məlumatını təkzib edib.
Musavat.com-un xəbərinə görə, “Biz soydaşlarımıza və media nümayəndələrinə bildiririk ki, səfir Əmaninin müalicə prosesi yaxşı gedir.
Cənab Əmaninin vəziyyəti və görmə qabiliyyəti ilə bağlı yayılanlar şayiədir”, - diplomatik missiyanın “X” (keçmiş Twitter) bəyanatında deyilir.
Daha əvvəl NYT İran İslam İnqilabı Keşikçiləri Korpusundakı mənbələrə istinadən xəbər vermişdi ki, səfir bir gözünü itirib, digəri isə zədələnib.
Şahanə Rəhimli
Musavat.com