İran səfirinin müavini təxribatçı keşişlə BELƏ GÖRÜŞDÜ - FOTO

“Son günlər Ermənistan və erməni xalqı sizə çox isti münasibət nümayiş etdirir”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu bu gün İranın Ermənistandakı səfirliyinə ziyarət gerçəkləşdirən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan İranın Ermənistandakı səfirinin müavini Bəhram Toheri ilə söhbətində deyib.

Qalstanyanın sözlərinə görə, özü İrəvanda doğulsa da, ailəsi İrandandır.

Toheri öz növbəsində bunları deyib: “Qeyd etməliyəm ki, son günlər Ermənistan və erməni xalqı çox isti münasibət nümayiş etdirib və bizə dəstək veriblər, buna görə hamınıza minnətdarıq”.

Musavat.com

23.05.2024 12:29
1237