“Rusiya, Qazaxıstan, Türkmənistan və İrandan keçən “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin şərq qolunun potensialı ildə 15 milyon tona qədərdir”.
Musavat.com TASS-a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali Həştərxanda keçirilən Xəzər Forumunda jurnalistlərə bildirib.
Cəlali qeyd edib ki, 2023-cü ildə ölkələr bu istiqamətdə yük daşımağa başlayıb, daşımaların həcmi 650 min ton təşkil edib:
“2024-cü ildə bu istiqamətdə yük dövriyyəsinin 2 milyon tona çatdırılması planlaşdırılır”.
Qeyd edək ki, avqustun 16-17-də Həştərxanda IX Xəzər Media Forumu keçirilir. Tədbirdə Rusiya, Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan, həmçinin Qaqauziya və Özbəkistandan jurnalistlər, dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.
Musavat.com