İran səfiri: "Hərbi təlimlər barədə Azərbaycanı məlumatlandırmışıq"

"Azərbaycanla sərhəddə aparılan hərbi təlimlər barəsində qardaş Azərbaycana əvvəlcədən məlumat vermişdik. Bu sülh naminə olan hərbi təlimlərdir".

Bu sözləri İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib. Səfir Azərbaycan səfirliklərinə edilən hücumlara da münasibət bildirib:

"Biz sərt şəkildə sivil insanlara, eyni zamanda bir diplomat kimi diplomatlara qarşı törədilən terror hücumlarını qəti şəkildə pisləyirik".


Xalidə Gəray
Musavat.com

17.10.2022 16:38
788