İran Rusiyadan QAZ alacaq

Bu gün İranda Rusiya qazının bu ölkəyə tədarükünün təşkilinə dair strateji memorandum imzalanıb.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, memorandum “Qazprom” rəhbərliyinin İrana səfəri çərçivəsində imzalanıb.

Rusiya şirkətinin məlumatına görə, sənəd İranın prezidenti vəzifəsini icra edən Məhəmməd Moxberin iştirakıyla İran Milli Qaz Şirkəti (NIGC) ilə imzalanıb:

“Tərəflər gələcəkdə uzunmüddətli qarşılıqlı faydalı əməkdaşlığın inkişafından çıxış edirlər”.

Səfər zamanı “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller ilə İranın neft naziri Cavad Ouci arasında işgüzar görüş də baş tutub. Tərəflər memorandumun həyata keçirilməsi üzrə prioritet addımları və enerji sektorunda əməkdaşlığın digər sahələrini müzakirə ediblər.

Bu, Rusiyanın qaz şirkəti rəhbərliyinin bu il İrana ikinci səfəridir.

İranda “Qazprom PJSC”nin nümayəndəliyi fəaliyyət göstərir.

Musavat.com

26.06.2024 17:20
674