İran Rusiya Federasiyası ilə işləməyə və Rusiya qazını öz ərazisi ilə nəql etməyə maraq göstərir.
Musavat.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Həştərxanda keçirilən Xəzər Forumunda jurnalistlərə açıqlamasında İran İslam Respublikasının Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Kazem Cəlali deyib.
Səfir bildirib ki, İran Rusiya Federasiyası ilə işləməyə maraq göstərir. “Biz Rusiya qazını İran ərazisi ilə nəql etməyə hazırıq”, deyə səfir vurğulayıb.
K.Cəlali əlavə edib ki, 2023-cü ildə Rusiya İran İslam Respublikasına xarici investisiyaların həcminə görə birinci yerdə idi.
Nigar HƏSƏNLİ,
Musavat.com