İran Prezidentinin qəzaya uğrayan helikopterinin bütün sərnişinlərinin cəsədlərinin şəxsiyyəti müəyyən edilib

Tehran - İRNA - Ölkənin Böhran İdarəçiliyi Təşkilatının sədri Prezidentin helikopterinin sərnişinlərinin cəsədlərinin müəyyən edilə biləcək vəziyyətdə olduğunu açıqlayaraq deyib: “Həlak olanlar üzərində DNT testi aparmağa ehtiyac yoxdur.”

Məhəmmədhəsən Nami İRNA müxbirinə açıqlamasında deyib: “Bütün cəsədlərin tanınması mümkün idi və tibbi ekspertizaya aparıldı.”

Daxili İşlər nazirinin müavini həlak olanların cəsədləri arasında yalnız Təbrizin imam cüməsi Ayətullah Ali-Haşimin cəsədinin digər həlak olanlarla müqayisədə daha yaxşı zahiri vəziyyətdə olduğunu bildirərək deyib: “O, təyyarə qəzasından sonra bir saat sağ qalıb, hətta Prezident Aparatının rəhbəri cənab Qulamhüseyn İsmaili ilə telefon əlaqəsi də qurub.”

Xilasedicilər 18 saat fasiləsiz səy göstərdikdən sonra bu gün səhər saatlarında Prezident və onun yoldaşlarının helikopterinin qəzaya uğradığı yeri müəyyən edərək, bu qəzada həlak olan 8 nəfəri təcili yardım maşınlarına köçürüblər.

20.05.2024 17:36
937