İran prezidentidən SENSASİON AÇIQLAMA: “Hakimiyyətə gəldiyimiz gündən bəri...”

“Hakimiyyətə gəldiyimiz gündən bəri böhranlar bir-birinin ardınca gəlir”.

Musavat.com xəbər verir ki, bu sözləri İran prezidenti Məsud Pezeşkian deyib.

Ötən gün yerli mediaya açıqlama verən İran prezidenti qeyd edib ki, hakimiyyətə gəldiyimiz gündən bəri böhranlar bir-birinin ardınca gəlir və sanksiyalar getdikcə daha sərtləşir

Onun sözlərinə görə, bütün səyləri boşluqları doldurmağa yönəlib.

Pezeşkian uğur qazanacağına ümid etdiyini də bildirib.

Musavat.com

01.01.2025 14:45
1710