İran prezidenti Türkiyəyə səfərini LƏĞV etdi

İran prezidenti İbrahim Rəisi Kermanda baş verən terror aktından sonra Türkiyəyə səfərini ləğv edib.

İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi IRNA-ya açıqlamasında İbrahim Rəisinin Türkiyəyə səfərinin ləğv edildiyini və səfərin başqa vaxt baş tutacağını deyib.

Qeyd edək ki, İbrahim Rəisinin sabah Türkiyəyə səfəri planlaşdırılmışdı. (APA)

03.01.2024 22:27
1760