İran Prezidenti Belarusda

İran Prezidenti Məsud Pəzəşkian rəsmi səfərlə Belarusa gedib.

Musavat.com xəbər verir ki, dövlət başçısının təyyarəsi Minsk Milli Hava Limanına enib.

BelTA-nın məlumatına görə, səfər çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko avqustun 20-də Pəzəşkianla danışıqlar aparacaq.

Görüşdə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin inkişafı ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilir. 

 

Musavat.com

photo_2025-08-19_23-41-22.jpg (93 KB)

19.08.2025 23:42
629