İran prezidentliyinə namizəd, ölkə parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Məsud Pezeşkianın ikinci turdakı rəqibi Səid Cəliliyə dəstək verib.
Musavat.com bu barədə GünAz TV-yə istinadən xəbər verir.
Parlament sədri bu barədə yaydığı bəyanatında bildirib.
Qalibaf Məsud Pezeşkianın özünə hörmətlə yanaşdığını, ancaq onun ətrafında olanlardan arxayın olmadığını deyib.
"İnqilabçı qüvvələr və onların tərəfdarlarından xahiş edirəm ki, İnqilab Cəbhəsinin namizədi kimi Cəlilinin gələcək hökumət başçısı olmasına çalışsınlar", - Qalibaf çağırış edib.
Qeyd edək ki, 24 535 185 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 10 415 901 səslə birinci yerdədir.
Onun rəqibi Səid Cəlili 9 473 298 səslə ikinci yerdə qərarlaşıb.
Pezeşkiana qarşı çağırış edən Məhəmməd Baqir Qalibaf isə cəmi 3 383 340 səs toplaya bilib.
Musavat.com