İran Pakistan ərazisinə ballistik raket zərbəsi endirdi – SON DƏQİQƏ

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistan ərazisinə raket zərbəsi endirib. SEPAH-ın yaydığı məlumatda zərbənin "Ceyş-i-Zalum" (Ədalət Ordusu) terror qruplaşmasının Bəlucistan əyalətindəki hədəflərinə endirildiyi bildirilir.

SEPAH-ın məlumatına görə, qrupun qərargahı ballistik raketlər və pilotsuz təyyarələrlə hücuma məruz qalıb. Üstəlik, bu zərbə İİKK-nın Pakistan ərazisinə ilk hücumu idi.

Mənbə bildirib ki, “İİKK Pakistanın Bəlucistan əyalətindəki Ceyş-i-Zalum terror qruplaşmasının əsas bazasına ballistik raket və pilotsuz təyyarə ilə hücum edib”.

Bir gün əvvəl İran İraqın Ərbil vilayətinə də raket və dron zərbələri endirib.

 

Musavat.com

16.01.2024 22:44
1914