İran onları nüvə obyektlərinə buraxmayacaq - Gərginlik yarana bilər

Avqustun 11-də İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Təşkilatının (MAQATE) baş direktorunun müavini ilə mümkün əməkdaşlığın miqyasını müzakirə edəcək.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Abbas Əraqçi açıqlayıb: “Avqustun 11-də əməkdaşlığın miqyasını müəyyən etmək üçün MAQATE ilə danışıqlar aparılacaq. MAQATE-nin baş direktoru Rafael Qrossinin müavini Tehrana gələcək”.

Mehr Agentliyinin məlumatına görə,  nazir bildirib ki, tərəflər razılığa gələnə qədər İranın nüvə obyektlərində yoxlamalar planlaşdırılmır.

Musavat.com

 

11.08.2025 09:03
386