İran, Yaxın Şərq ölkələri və ABŞ-ın iştirakı ilə yaradılması təklif olunan nüvə konsorsiumu ideyasını ciddi şəkildə nəzərdən keçirməyə hazır olduğunu bildirib.
Musavat.com xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Məcid Taxt-Ravançi bəyanat verib.
"Əgər bu məsələ irəliləyərsə və ciddi şəkildə gündəmə gətirilərsə, biz onu dəyərləndirə və fikrimizi bildirə bilərik," – deyə Taxt-Ravançi qeyd edib.
Ekspertlər bu bəyanatı İranın regional diplomatiyaya daha açıq yanaşmasının əlaməti kimi qiymətləndirirlər. Mümkün konsorsiumun yaradılması Yaxın Şərqdə nüvə təhlükəsizliyinə dair yeni mərhələnin başlanğıcı ola bilər.
Musavat.com