İran nümayəndə heyəti may ayında helikopter qəzasında həlak olan prezident İbrahim Rəisinin portretini Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə aparıb.
Musavat.com xəbər verir ki, bu barədə görüntülər telegram kanallarında paylaşılıb.
@@TVmusavat/89932@@
Xatırladaq ki, mayın 19-da İran prezidenti İbrahim Rəisini daşıyan helikopter ölkənin Vərziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəzada ölkə prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemi və onları müşayiət edən digər şəxslər ölüb.
Musavat.com