İran mediası terroristə efir verdi: görünməmiş skandal - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. “Kalaşnikov” avtomatı ilə silahlanan İran vətəndaşı Yasin Hüseynzadə səfirlik binasına daxil olaraq mühafizə xidmətinin rəisini öldürüb, 2 əməkdaşı isə yaralayıb.

Hadisədən bir qədər sonra terrorçu saxlanılıb. Maraqlı məqam isə bundan sonra baş verib. Terrorçu İran telekanallarına müsahibə verib. Bunu əks etdirən görüntülər də yayılıb.

27.01.2023 19:16
3459