İran mediası Azərbaycan mövqelərinin atəşə tutulmasını “iddia” adlandırdı - FOTO

İran mediası Azərbaycan mövqelərinin Ermənistan tərəfindən atəşə tutulmasını “iddia” adlandırıb. 

Musavat.com Azad İran telegram kanalına istinadən xəbər verir ki, SEPAH-a yaxın və ermənipərəst mövqeyi ilə tanınan “Tasnim News” agentliyi dünən axşam saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan mövqelərinin yenidən atəşə tutulmasının “iddia” olduğunu bildirib.

Agentlik bununla bağlı “X” hesabında riyakarlıqla paylaşım edib: “Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində Azərbaycan Ordusunun bölmələrini ikinci dəfə atəşə tutduğunu “iddia” edib”.

Qeyd edək ki, dünən axşam saat 18:30 radələrində Ermənistan silahlı qüvvələri Naxçıvan istiqamətində Azərbaycan mövqelərini yenidən atəşə tutub. 

 

Musavat.com

photo_2024-08-29_21-43-24.jpg (146 KB)

29.08.2024 22:25
980