İran İsrailin hücumunda 20 hərbi obyektin vurulması xəbərini təkzib edir

İsrailin İrana zərbələri zamanı 20 hədəfin vurulduğu və 100 İsrail döyüş təyyarəsinin iştirak etdiyi barədə xəbərlər yalandır.

Musavat.com xəbər verir ki, bu barədə “Tasnim” agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Agentliyin məlumatına görə, reallıqda vurulan hədəflərin sayı 20-dən xeyli azdır. O, həmçinin zərbənin ölkə hüdudlarından kənardan həyata keçirildiyini və dəymiş ziyanın “məhdud” olduğunu təsdiqləyib. “100 İsrail döyüş təyyarəsinin zərbədə iştirak etməsi ilə bağlı məlumatlar da tamamilə yalandır. İsrail sadəcə olaraq zəif hücumunun miqyasını şişirtməyə çalışır”, - "Tasnim"in mənbəsi bildirib.

Musavat.com

26.10.2024 11:53
474