İran İsrailin hücumuna cavab verməyə hazırdır.
Musavat.com-un məlumatına görə, bu barədə Tansim xəbər yayıb.
Mənbə bildirib ki, İran istənilən təcavüz aktına cavab vermək hüququnu özündə saxlayır.
“Şübhə yoxdur ki, İsrail (İrana qarşı) istənilən addıma müvafiq cavab verəcək”, - mənbə əlavə edib.
Bildirilir ki, İranın paytaxtı Tehranda şənbə günü səhər tezdən partlayışlar baş verib. Bəzi mənbələr partlayışların Tehranın qərbində eşidildiyini bildirib. Partlayış səsləri İran ordusunun hava hücumundan müdafiə vasitələrinin Tehran ətrafında üç yerdə İsrailin hücumlarına qarşı hərəkətə keçməsi ilə əlaqələndirilib. İsrail İranın hərbi obyektlərinə zərbələr endirməklə bütün məqsədlərinə nail olduğunu iddia edir. İran bildirib ki, obyektlərə "məhdud ziyan" dəyib.
Musavat.com