Üç ABŞ və İsrail rəsmisi İranın bazar ertəsi İsrailə hücum edəcəyini gözlədiklərini bildirib.
Musavat.com xarici mediaya istinadən xəbər verir ki, onlar İran və "Hizbullah"ın koordinasiyalı hücum həyata keçirəcəklərini və ya ayrı-ayrılıqda hərəkət edəcəyini bilmədiklərini deyiblər.
Qeyd edilib ki, İran və "Hizbullah" hələ də hərbi planlarını yekunlaşdırmaq və siyasi səviyyədə təsdiqləmək üçün çalışırlar.
Afaq,
Musavat.com