Məlum olduğu kimi, gecə saatlarında İran İsrailə ballistik raketlər və PUA-larla zərbə endirib.
Musavat.com xəbər verir ki, İranın hücumları Əl-Əqsa məscidinin ərazisindən görüntülənib.
Sözügedən görüntüləri təqdim edirik.
Xatırladaq ki, İsrail ordusu aprelin 1-də Suriyanın Dəməşq şəhərindəki İran konsulluğunun binasına hava hücumu həyata keçirib. Hadisə nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ikisi general olmaqla 7 üzvü həlak olub. Hücumdan 13 gün sonra İran cavab addımı atıb.
@@TVmusavat/83157@@