Dubayın Emirates aviaşirkəti İran, İraq və İordaniyaya uçuşları müvəqqəti dayandırır.
Musavat.com xəbər verir ki, məlumatı Əl-Ərəbiyyə telekanalı yayıb.
Bildirilir ki, bu addım regionda vəziyyətin pisləşməsi ilə əlaqədar atılıb.
Şirkət Bəsrə və Bağdad, Tehran və Əmmana reyslər oktyabrın 5-dək təxirə salıb.
Qeyd edək ki, yaxın 2 sutka ərzində İsrailin İrana zərbə endirəcəyi gözlənilir.
Musavat.com