İran İnqilab Keşikçiləri Ordusu (SEPAH) çərşənbə günü Kirman şəhərində keçmiş Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin ildönümündə törədilən və 100-dən çox insanın ölümünə səbəb olan iki partlayışdan sonra qisas alacağını vəd edib.
Musavat.com xəbər verir ki, İran prezidentinin köməkçisi Məhəmməd Moxber yaralıların xəstəxanada müalicə olunduğu deyib.
O bildirib ki, SEPAH hadisənin qisasını alacaq:
"Hücum edənlər Süleymaninin əsgərləri tərəfindən çox güclü cavab tədbiri ilə üzləşəcəklər".
Musavat.com