İran hakerləri Trampın seçki kampaniyası sənədlərini OĞURLADI

ABŞ kəşfiyyatı güman edir ki, iranlı hakerlər Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın seçki qərargahından daxili sənədləri oğurlayaraq mediaya və hazırkı dövlət başçısı Cozef Baydenlə əlaqəli şəxslərə göndəriblər.

Bu barədə ABŞ-nin xüsusi xidmət orqanlarının birgə bəyanatında deyilir.

Bəyanat ABŞ-nin Federal Təhqiqatlar Bürosu, Milli Kəşfiyyat Direktorunun Ofisi və Kibertəhlükəsizlik İnfrastruktur Agentliyi adından yayılıb.

"İyunun sonu və iyulun əvvəlində kiberməkandakı iranlı cinayətkarlar Prezident Baydenin seçkiqabağı qərargahı ilə bağlı şəxslərə elektron poçt göndəriblər. Bu məktublarda Trampın seçki qərargahından oğurlanan elektron sənədlərdən çıxarışlar var idi", - bəyanatda deyilir.//Report

19.09.2024 07:51
333