İran COP29-dan Azərbaycana zərər vurmaq üçün yararlanmaq niyyətindədir

Azərbaycan həyata keçirdiyi neft hasilatı Xəzər dənizinin çirklənməsinə, dənizdə balıqların azalmasına səbəb olub.

Musavat.com xəbər verir ki, bu absurd iddia ilə İran Su Federasiyasının üzvü Məhəmməd İbrahim Rəisi “Khabaronline” saytına müsahibəsində çıxış edib.

O bildirir ki, guya Azərbaycanın neft hasilatı zamanı dənizə atdığı zərərli tullantılar Qorqan körfəzinin iqtisadiyyatını təhdid edib: “Xəzər dənizi çirkli su və kanalizasiya ilə dolu hövzəyə çevrilir. Bu, bir tərəfdən Azərbaycanın dənizi bizim sahillərə qədər çatan neftlə çirkləndirməsidir, digər tərəfdən, ölkəmizin sahillərindəki şəhərlərin tullantı sularıdır. İki ölkə arasında münasibətlərdə müzakirə edilməli olan mühüm məsələ Azərbaycan tərəfdən çirklənmə məsələsidir. Bu il biz dünyada ən mühüm iqlim dəyişikliklərinə toxunan Bakıda keçiriləcək COP-29-un yaratdığı fürsətdən istifadə etməklə bu məsələni qaldırmalıyıq”.

 

Musavat.com

20.08.2024 23:26
871