İran iqtisadiyyatını Çinin hesabına inkişaf etdirməyə davam edir.
Musavat.com bu barədə xarici mətbuata istinadən xəbər verir ki, “Verteksa” enerji analiz şirkətinin analitiki Emma Lee bunları deyib: “Çindəki özəl neftayırma zavodlarının mart ayında İran xam nefti və kondensatını gündə 800 min barel idxal etdiyi təxmin edilir ki, bu da ötən ayla müqayisədə 20% artımdır”.
Təhlilçi İrandan Çində əksər özəl neft emalı zavodlarının yerləşdiyi Şandunq əyalətinə idxalın gələn aylarda da güclü ola biləcəyini proqnozlaşdırıb.
Musavat.com