Avrasiya İqtisadi Komissiyasının kollegiya rəhbəri Bakıtjan Saqintayev İranın təşkilatda müşahidəçi ölkə statusu almaq üçün ərizə təqdim etdiyini açıqlayıb.
Musavat.com xəbər verir ki, “Biz müvafiq ərizəni mayın 27-də almışıq, bunun üçün müvafiq prosedurlara başlayırıq”, - deyə Saqintayev Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.
Eyni zamanda, Belarusun baş naziri Roman Qolovçenko Aİİ-nin başqa ölkələrlə azad ticarət zonası qurulması ilə bağlı danışıqlara başladığını söyləyib.
Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusa malik ölkələrdən biri də Kubadır.
Musavat.com